Qırğızıstan - Tacikistan sərhədində atışma - Ölən var

16 Sentyabr 2019 22:18 (UTC+04:00)

Qırğızıstan və Tacikistan sərhədində atışma olub.

“TASS” verir ki, ilk atəş Tacikistandan açılıb. Qırğızıstanın Maksat sərhəd postu güllələnib.

İlkin məlumata görə, bir nəfər sərhəd xidmətçisi dünyasını dəyişib.(qafqazinfo.az)

AzNews.az