Canavarlar kəndə hücum edib bir sürünü parçaladı

16 Sentyabr 2019 22:55 (UTC+04:00)

Göyçayda canavarlar kəndə hücum çəkib.

Hadisə Yekəxana kəndində baş verib.

Belə ki, kəndə soxulan canavarlar, kənd sakini İbrahim Hüseynovun fərdi həyətində olan tövlədə 7 baş qoyunu parçalayıb. Səsə çıxan ev sahibi vəhşi heyvanları həyətdən qova bilib. Yerli baytar həkim tərəfindən yaralı qoyunlara yardım göstərilərək ərazidə dezinfeksiya işləri aparılıb.

Xatırladaq ki, ötən ay kəndə hücüm edən yırtıcılar digər kənd sakini Tamerlan Məmmədovun həyətində girərək qoyunları parçalamışdı.(qafqazinfo.az)

AzNews.az