Türkiyə Rusiyadan qırıcı ala bilər

16 Sentyabr 2019 23:06 (UTC+04:00)

Türkiyə ilə Rusiya arasında yeni silah anlaşması imzalana bilər.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin ikinci hissəsinin artıq Türkiyəyə çatdırıldığını qeyd edib.

V.Putin həmçinin hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Putinlə birlikdə “MAKS-2019” hava sərgisində olmuş, “SU-35” və “SU-57” qırıcıları ilə maraqlanmışdı.

Ərdoğan bildirib ki, tərəflər artıq Rusiya qırıcılarının alınması barədə danışıqlar aparırlar.(oxu.az)

AzNews.az