Bakı sakinini ürəyindən bıçaqladılar

16 Sentyabr 2019 23:33 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı binanın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini - 1983-cü il təvəllüdlü Abdullayev Qalib Malik oğlu həmin ünvanda tanımadığı naməlum şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az