Maşını ağaca çırpdı, yaralandı - VİDEO

16 Sentyabr 2019 23:47 (UTC+04:00)

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Qorağan-Qax avtomobil yolunun 5-ci kilometrliyində, rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “LL-507-RR” Gürcüstan dövlət qeydiyyat nişanlı “BMV” markalı avtomobil yüksək sürətlə hərəkətdə olduğu zaman sürücü idarəetməni itirib və yol kənarındakı ağaclara çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, Əlibəyli kənd sakini 1992-ci il təvəllüdlü Canaşvili Vaxtanqi Mate oğlu müxtəlif növ bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralı müayinə olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)

AzNews.az