Tofiq Yaqublu Müsavat partiyasının sədri vəzifəsinə namizəd oldu

17 Sentyabr 2019 09:40 (UTC+04:00)

Tofiq Yaqublu Müsavat partiyasının sədrliyinə namizədliyini irəli sürüb.

AzNews.az xəbər verir ki, bu barədə Tofiq Yaqublu özü məlumat verib.

"Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!", - deyə o, qeyd edib.

Xatırladaq ki, Müsavat partiyasının hazırkı sədri Arif Hacılıdır.

Bahar RÜSTƏMLİ

AzNews.az