İskəndəriyyə şəhəri sular altında qala bilər - SOS

17 Sentyabr 2019 10:25 (UTC+04:00)

Misirdə Böyük İskəndər tərəfindən 2 min il öncə qurulan İskəndəriyyə şəhəri tarix boyunca bir çox işğal, yanğın və zəlzələyə rəğmən dağılmayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu şəhər hazırda qlobal istiləşmə səbəbindən yüksələn su səviyyəsi təhlükəsi ilə qarşı-qarşıya qalıb.

5 milyon əhalisi olan Misirin ən böyük ikinci şəhəri İskəndəriyyə sular altında qala bilər. Üç tərəfindən Aralıq dənizi ilə əhatələnən şəhəri yüksələn su səviyyəsindən qorumaq istəyən səlahiyyətli şəxslər dalğaların önünə beton maneələr quraşdırıb.

Birləşmiş Millətlər dünyadakı dəniz səviyəsinin qalxmasının 2100-ə kimi 0,98 metri keçəcəyinə dair verdiyi açıqlamada bu artımın ətraf şəhərlər, deltalar və dəniz səviyyəsinə yaxın ölkələr üçün risk yaradacağı məsələsində xəbərdarlıq edib.

2015-ci ildə şiddətli bir fırtınanın təsiri altına girən və üçdə biri selə düçar olan İskəndəriyyədə sel nəticəsində ən azı 6 nəfər ölüb və çox sayda bina uçub.

Səidə Vahid

AzNews.az