Mariya Stadnik finala yüksəldi - YENİLƏNİB

17 Sentyabr 2019 16:22 (UTC+04:00)

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Mariya Stadnik yarımfinal görüşünü keçirib.

Rəqib çinli Yanan Sun olub. Görüşün əvvəlində Stadnik Sunu döşəkdən kənara çıxarmaqla 1 xal alıb. O, fasiləyədək üstünlüyünü 2:0-a çatdırıb. Azərbaycan təmsilçisi ikinci hissənin əvvəlində daha 2 xal alıb.

Rəqib sona doğru fərqi bərabərləşdirsə də, Stadnik daha bir xalla önə keçib. O, son saniyələrdə daha bir xal alaraq, 6:4 hesablı qələbə ilə finala yüksəlib. Sentyabrın 18-də keçiriləcək həlledici görüşdə rəqib rumıniyalı Emilia Alina Vuç olacaq.

16.21

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.

50 kq çəki dərəcəsindəki titullu pəhləvanın rəqibi rusiyalı Yekaterina Polişçuk olub. Görüş Stadnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 11:0.

Bununla da titullu pəhləvan yarımfinala və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

11.51

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

50 kq çəki dərəcəsindəki titullu pəhləvanın rəqibi Hindistanlı Sima Sima olub. Görüş Stadnikin qələbəsi ilə yekunlaşıb - 9:2.

10.36

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında ilk görüşünü keçirib.

50 kq çəki dərəcəsindəki Stadnikin ilk rəqibi nigeriyalı Mersi Cenezis vaxtından əvvəl tam üstünlüklə məğlub edib - 10:0.

53 kq çəki dərəcəsindəki 27 yaşlı Azərbaycan qadın güləşçisi Türkan Nəsirova isə ilk görüşdəcə almaniyalı Nina Hemmerə vaxtından əvvəl uduzub - 11:0. (Report)