Bakının bu küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılır - Alternativ yol seçin

17 Sentyabr 2019 11:12 (UTC+04:00)

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən qısa müddətlik Yasamal rayonu Zərgərpalan küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

Sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

AzNews.az