Müsavat BŞİH-ə müraciət edəcək

17 Sentyabr 2019 11:24 (UTC+04:00)

Müsavat Partiyası qurultayın harada keçirilməsi ilə bağlı bu gün qərar verəcək.

Bu barədə AzNews.az-a partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

“Bu gün qurultayın harada keçirilməsi ilə bağlı partiyanın keçirdiyi iclaslarda müzakirələr aparılacaq. Sentyabrın 16-da keçirilən iclasda məkanla bağlı ilkin təkliflər səslənib. Yəqin ki, bu iki gündə müzakirələr yekunlaşacaq və son qərar veriləcək”.

Gülağa Aslanlı qeyd edib ki, qurultayın keçirilməsi üçün məkan təyin olunandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 12-də özünün 9-cu qurultayını keçirəcək. Başqanlıq uğrunda gedən mübarizədə iki nəfər namizədliyini ürəli sürüb.

Bahar RÜSTƏMLİ

AzNews.az