“Hacıbala Abutalıbov məni ələ salıb” - ETİRAZ

15 May 2013 10:59 (UTC+04:00)

Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında yaranan mənzil çəkişməsi hələ də davam edir.

Bir neçə gün bundan əvvəl sənətkar açıqlamasında H.Abutalıbovun ona zəng etdiyini və 10 may – gül bayramından sonra şəxsən görüşəcəklərini, yaranan qalmaqala son qoyacaqlarını vəd etmişdi. Amma Ə.Mahmudbəyov yenə aldanılıb.

Ə.Mahmudbəyov AzNews.az-a bildirdi ki, Hacıbala Abutalıbov bu dəfə də onu aldadıb":

"O, məni aldatdı. Söz verdi ki, özü mənə zəng edəcək və görüşəcəyik. Amma mənə müavini Zülfəli müəllim zəng etdi. Dedi, "gəl görüşək". Mat-məttəl qaldım. Dedim ki, görüş deyirsən, görüşək. Amma bu görüşün nə mənası var, onsuz da razılaşa bilmirik. Dedim ki, mən köçmürəm, vəssalam. Hacıbala zəhmət çəksin, evimi necə dağıdıbsa elə də bərpa etsin. Mən daha bunlardan yorulmuşam. Bir ölkənin ki, meri sənətkarı əla sala, daha nə gözləyəsən?"

Bahar Rüstəmli
AzNews.az