Qırğızıstan Tacikistana nota verdi

17 Sentyabr 2019 11:08 (UTC+04:00)

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Tacikistan səfirinə etiraz notası təqdim edib.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, etiraz notası ötən gün Qırğızıstan – Tacikistan sərhədində baş vermiş silahlı insidentlə bağlı verilib.

Hadisə nəticəsində Qırğızıstanın 1 nəfər sərhədçisi ölüb, hər iki tərəfdən xəsarət alanlar var. (APA)