Əfqanıstan prezidentini öldürmək istədilər - SON DƏQİQƏ

17 Sentyabr 2019 12:40 (UTC+04:00)

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin iştirak etdiyi seçki mitinqində partlayış baş verib.

AzNews.az xəbər verir ki, səlahiyyətlilər bombanın Pərvan vilayətinin Cəngəlbağ bölgəsində mitinq üçün yığışan izdihamın arasında partladıldığını açıqlayıb.

Hadisədə 24 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Prezidentin sağlamlığının yaxşı olduğu deyilir. Hücumu boynuna alan silahlı qruplaşma olmayıb.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 28 sentyabrda keçiriləcək.

Pərvanə

AzNews.az