"Bilik günü"ndə müəllimlərdən valideynlərə qarşı hörmətsizlik - FOTO

17 Sentyabr 2019 13:07 (UTC+04:00)

“Bilik günü”ndə valideynlərə qarşı böyük hörmətsizlik edilib.

AzNews.az xəbər verir ki, Bakıda adı çəkilməyən bir orta məktəb binasının yaxınlığında qoyulan zibil qutularının fotosu çəkilib. Həmin qutuların hər tərəfindən gül buketləri sallanır.

Fotodan aydın olur ki, həmin gül buketləri “Bilik günü” sözügedən məktəbdə fəaliyyət göstərən qadın müəllimlərə tədqim olunub. Amma müəllimlər valideynlərin boğazından kəsib aldıqları gül buketlərini bəyənməyib zibil qutularına atıblar.

Bu foto sosial şəbəkədə paylaşılıb və böyük qınağa səbəb olub.

Bahar

AzNews.az