QMİ-nin Rusiyada nümayəndəliyi qeydiyyata alındı

17 Sentyabr 2019 14:28 (UTC+04:00)

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu ölkədəki nümayəndəliyini qeydiyyata alıb.

Bu barədə idarədən məlumat verilib.

QMİ-nin Rusiya Federasiyasındakı nümayəndəliyi bir xarici dini qurumun Rusiya ərazisində rəsmi olaraq qeydiyyata alınan ilk və yeganə nümayəndəliyidir.

Qeyd edək ki, QMİ-nin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Allahşükür Paşazadədir. O, Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr - Şeyxülislam seçilib.