Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq

17 Sentyabr 2019 15:32 (UTC+04:00)

“Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O qeyd edib ki, ödənişli təhsil alan tələbələrin problemlərini həll etmək üçün ayrıca qanunun hazırlanması məqsədəuyğun hesab edilib: “Bununla bağlı müzakirələr aparılır. Hazırda “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması istiqamətində iş gedir. Bununla bağlı əsas dünya təcrübəsi öyrənilir”. (report)

AzNews.az