YAP-da tələbələrlə görüş keçirildi

17 Sentyabr 2019 16:31 (UTC+04:00)

Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) keçirdiyi yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşdə YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, eləcə də gənclər iştirak edib.

Ə.Əhmədov ümummilli lider Heydər Əliyevin gənclərə, o cümlədən tələbələrə diqqət və qayğısından danışıb.

O bildirib ki, 15 ildir Azərbaycanda ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı məktəblilər arasında yazı müsabiqəsi keçirilir: “YAP həmin müsabiqənin qalibləri tələbə adını qazandıqda onlara təqaüd təyin edilməsi ilə bağlı qərar qəbul edib. Bu illər ərzində YAP-ın təqaüdünü alan çoxlu sayda tələbələr olub. Bu gün burada toplananlar II və yuxarı kurs tələbələridir. Onlarla görüşümüz həmin tələbələrin təhsilləri ilə maraqlanmaq məqsədi daşıyır”.

Daha sonra tədbir gənclərin fikir mübadiləsi ilə davam edib. (Report)