FETÖ-nün əsas fiqurlarından birinə 15 il həbs cəzası verildi

17 Sentyabr 2019 16:38 (UTC+04:00)

Türkiyədə Hakimlər və Prokurorların Ali Şurasının (HSYK) sabiq baş katibi Mehmet Kayanın məhkəməsi keçirilib.

“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, məhkəmənin qərarı ilə M. Kaya 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M. Kaya 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddə təqsirləndirilib. O, 2018-ci ilin fevral ayında saxlanılıb.

M. Kaya FETÖ terror təşkilatının əsas fiqurlarından biri hesab olunur. (APA)