“Olimpiya oyunları-2022”nin talismanı açıqlandı - FOTO/VİDEO

17 Sentyabr 2019 17:02 (UTC+04:00)

Pekində 2022-ci ildə keçiriləcək Olimpiya oyunlarının rəsmi talismanı təqdim olundu.

AzNews.az “Olimpiya oyunları 2022”nin təşkilat komitəsinin “twitter” səhifəsinə istinadla bildirir ki, talisman olaraq panda Bin Dundun seçilib. Paralimpiadanın talismanı isə fənər Syue Junjun olacaq.

“Buzdan olan kostyumlu, qızıl ürəkli və bütün qış idman oyunlarına sevgi dolu panda Olimpiyadanın ruhunu bütün dünya ilə paylaşmağa hazırdır”, - deyə məlumatda bildirlir.

Qeyd edək ki, növbəti Olimpiya oyunları 2022-ci il 4-20 fevral tarixlərində Pekində keçiriləcək.

AzNews.az