80 yaşlı kişi qadını boğazından bıçaqladı

17 Sentyabr 2019 20:35 (UTC+04:00)

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 1939-cu il təvəllüdlü Səlimov Məzahir Nağı oğlu Nəriman Nərimanov küçəsində yerləşən mənzildə yaşayan 1975-ci il təvəllüdlü Fidan Babayeva ilə mübahisə edib. O, mübahisə zəminində F.Babayevanın boğazına bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.(apa.az)

AzNews.az