KXDR-ə məxsus gəmi Rusiya sərhədçilərinə hücum etdi

17 Sentyabr 2019 20:47 (UTC+04:00)

Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus gəminin ekipajı Yapon dənizində Rusiya sərhədçilərinə hücum edib.

KXDR-ə məxsus gəminin ekipajı Rusiya sərhəd gəmisinin heyətinə silahlı hücum edib, üç rusiyalı sərhədçi yaralanıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, sərhədçilər Yapon dənizinin Rusiyaya aid olan hissəsində brakonyerliklə məşğul olan iki yelkənli gəmi və 11 motorlu qayıq aşkarlayıblar. Gəmilərdən birinin heyəti sərhədçilərə hücum edib.

FTX-nin Primorsk diyarı üzrə Sərhəd İdarəsi hadisəni araşdırır.(AZƏRTAC)

AzNews.az