Prezidenti təhqir edən türk müğənniyə ağır cəza

17 Sentyabr 2019 21:13 (UTC+04:00)

Türkəsilli alman müğənni Səidə İnaç “Prezidenti təhqir etmə” cinayətindən 1 il 5 ay 15 gün həbs cəzası alıb.

“Hürriyet” xəbər verir ki, müğənni Ədirnə 6-cı Asliyə Cəza Məhkəməsinə müvəqqəti saxlanıldığı təcridxanadan video-görüntü ilə qoşulub. İnaç ittihamları qəbul etməyərək “Facebook”da onun adından saxta profil açıldığını və təhqirləri özünün yazmadığını bildirib. Onun sözlərinə görə, ümumiyyətlə sosial şəbəkələrdən istifadə etməyi bacarmır və kimisə təhqir etmək onun təbiətinə ziddir.

Məhkəmə hökmün icrasını təxirə salıb.(qafqazinfo.az)

AzNews.az