Moskvada kriminal avtoritet tutuldu

17 Sentyabr 2019 21:38 (UTC+04:00)

Moskvanın Tver rayon məhkəməsi özünümüdafiə məqsədilə adam öldürməkdə şübhəli bilinən kriminal avtoritet İrali Cabuanı həbs edib.

“TASS” xəbər verir ki, Cabua kriminal aləmdə İrakli Rostovski kimi tanınır.

O, 2016-cı ildə narkotik maddələrin qanunsuz dövriyyəsi, dələduzluq və oğurluq maddələri üzrə də cinayət məsuliyyətinə cəlb olunub.(qafqazinfo.az)

AzNews.az