Rumıniya vətəndaşları poçt vasitəsilə səs verə biləcək

17 Sentyabr 2019 22:43 (UTC+04:00)

Rumıniyanın xaricdəki diasporu ölkələrində reallaşacaq seçkilərdə poçt vasitəsilə səs verə biləcəklər.

Yeni qanun vətəndaşlara rəsmi seçkilərin keçirildiyi gündən əvvəl üç gün ərzində poçt vasitəsilə səs vermək hüququ verir. Bunu etmək üçün seçicilər onlayn anketi dolduraraq seçki məntəqələrinə yazılmalıdırlar.

Yeni qanun səsvermə prosesində uzun növbələr nəticəsində yaranmış problemləri aradan qaldıracaq. Qeyd edək ki, son illərdə beş milyona yaxın rumıniyalı öz ölkələrindən digər Avropa İttifaqı ölkələrinə, o cümlədən ABŞ və Kanadaya miqrasiya edib.(AZƏRTAC)

AzNews.az