Xəyanətlə üzləşən futbolçu canına qıydı - FOTOLAR

17 Sentyabr 2019 22:56 (UTC+04:00)

İngiltərədə ötən il intihar edən Cakob Standbridce adlı gənc futbolçunun ölümünün səbəbi məlum olub.

Futbolçu sevgilisinin telefonuna gələn mesajı gördükdən bir neçə saat sonra canına qəsd edib.

Polis 21 yaşlı futbolçunu intihara sürükləyən mesajın nə olduğunu açıqlamasa da, yaxınları qızın ona xəyanət etdiyi qənaətindədir. Cakob hadisədən əvvəl anasına "Hər şey üçün təşəkkür edirəm. Çox təəssüf" deyə, mesaj yazıb. Futbolçunun sevgilisi isə məhkəmədə verdiyi ifadədədə onun steroid maddə istifadə etdiyini deyib.

Cakob Standbridce özünü qatarın altına ataraq həyatına son qoyub.(teleqraf.com)

AzNews.az