Deputat iclasdan sonra dünyasını dəyişdi

17 Sentyabr 2019 23:35 (UTC+04:00)

Millət vəkili Aleksandr Şalayev Rusiyanın Perm əyalətində sosial siyasət komitəsinin iclasından sonra ölüb.

Deputatlar iclas zamanı sualların çoxluğundan uzun müddət oturmalı olublar. İclasdan sonra 53 yaşlı Şalayev kafeyə nahar etməyə yollanıb. Ancaq qəfil halı pisləşdiyindən təcili yardım çağrılıb.

Deputatın həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, millət vəkilinin ölümünə səbəb infarkt keçirməsi olub.(qafqazinfo.az)

AzNews.az