Qubada güllələnmə hadisəsi olub
15 May 2013 12:01 (UTC+04:00)
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Zıxır kəndində kənd sakini Teymur Mustafayev münaqişə zəminində həmkəndlisi Nəsib Ədilovu güllələyib. O N.Ədilov istiqamətində ov tüfəngindən atəş açıb. İkinci hadisə yerindəcə keçinib.
Teymur Mustafayev saxlanılıb. Onun cinayətdə istifadə etdiyi silah götürülüb. Faktla əlaqədar araşdırmalar aparılır.
AzNews.az