Keçmiş məhkum kafedə ürəyindən bıçaqlandı

18 Sentyabr 2019 00:00 (UTC+04:00)

Bakıda keçmiş məhkum bıçaqlanıb.

Hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbəsində fəaliyyət göstərən "Neftçi" kafesində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynov Seymur Elbrus oğlu tanışı Maqa ləqəbli şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az