Göygöldə 27 yaşlı qız itkin düşdü

18 Sentyabr 2019 09:16 (UTC+04:00)

Göygöl rayonunda gənc qız itkin düşüb.

Hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.

Kənd sakini - 1992-ci il təvəllüdlü Maviyyə İmanquliyeva sentyabrın 15-də axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Ailə üzvlərinin dediyinə görə, M.İmanquliyeva ruhi xəstədir.

Faktla bağlı araşdırma aparılır. (Trend)