Ronaldo avtomobillərinin sayını açıqladı

18 Sentyabr 2019 09:28 (UTC+04:00)

“Varidatım həqiqətən də yarım milyarda dollara yaxındır? Düşünürəm ki, bəli. Buna ümid edirəm”.

Bunu Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo deyib.

34 yaşlı hücumçu varidatı ilə bağlı suallara aydınlıq gətirib. K.Ronaldo maşınlarının sayı barədə də danışıb: “100 faiz əmin deyiləm. Amma deyə bilərəm ki, bank hesablarımda yaxşı pullar var. Avtomobillərimin sayı? Yəqin ki, 17-dir. Daha çox komfortlu “Rolls-Roys”da gəzməyi xoşlayıram. “Buqatti”, “Maklaren” və “Ferrari”nin hərəsindən iki dənədir”.

Qeyd edək ki, K.Ronaldo ötən ilin yayında 117 milyon avro qarşılığında “Real”dan “Yuventus”a keçib. (APA)