Cem Yılmaz erməni rəssamın bu tablolarına 480 min xərclədi

18 Sentyabr 2019 10:12 (UTC+04:00)

Məşhur türk komediya ustası Cem Yılmaz sadəcə atomobillərə deyil, 2006-cı ildən bəri sənətə də pul xərcləyir. Belə ki, onun evində çox qiymətli bir kolleksiyası var.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Cem Yılmaz İsmet Doğan, Çağatay Odabaş, Emre Yusufi, Colin Christian, Jean-Michel Basquiat, Alexander Johnston Musgrove və Andrea Kowch kimi sənətçilərin əsərlərinə indiyə kimi sərvət ödəyib.

Keçən həftə “Lütfi Kırdar Kongre Merkezi”ndə başlayan “Contemporary İstanbul”un açılışına qatılan Cem Yılmazın tədbirdən əli boş qayıtmadığı məlum olub.

“Galeri 77”nin sərgisini gəzən Cem Yılmaz erməni Daron Mouradiana aid iki əsər alıb. “Pequod” adlı tabloya 66 min dollar (372 min lirə), “Portre 4”ə isə 20 min dollar (114 min lirə) ödəyib.

Səidə Vahid

AzNews.az