Yuxuda üzüyü oğurlandı - Səhər mədəsindən çıxdı

18 Sentyabr 2019 11:28 (UTC+04:00)

ABŞ-da qadın tək qaşlı üzüyünün oğurlanmasından qorxduğu üçün qeyri-adi hərəkət edib.

AzNews.az xəbər verir ki, o, başına gələnləri öz Facebook səhifəsində yazıb.

29 yaşlı Jenna Evans yuxusunda qatarda səyahət etdiyini və oğruların vaqona hücum etdiyini, tək qaş üzüyünü qorumaq üçün onu udduğunu görüb.

Səhər oyananda üzüyü barmağında olmayıb.

Üzüyü udmasından şübhələnən Jenna nişanlısı ilə xəstəxanaya gedib. Xəstəxanada qadının üzüyü udduğu təsdiqlənib. Bundan sonra üzük onun mədəsindən əməliyyatla çıxarılıb.

AzNews.az