Hindistanda "buynuzlu" şəxsi əməliyyat etdilər

18 Sentyabr 2019 11:30 (UTC+04:00)

Hindistanda qeyri-adi cərrahiyyə əməliyyatı edilib.

Madxya-Pradeş ştatının Saqar şəhərində pasiyentin başından çıxmış buynuz kəsilib. "Şeytan buynuzu" adlandırılan bu törəmənin 10 santimetrdən böyük olduğu qeyd edilir.

Həmin şəxsin sözlərinə görə, öncə şiş o qədər də böyük olmayıb, daha sonra böyüyərək ona narahatlıq yaradıb. Ona görə də həkimə müraciət edərək "buynuz"dan xilas olmağa qərar verib.

Həkimlərin dediyinə görə, əməliyyat uğurlu keçib. (Trend)