Qondarma “DQR” komandası Tehrandakı erməni olimpiadasında iştirak etmir - İran səfirliyindən açıqlama

18 Sentyabr 2019 11:37 (UTC+04:00)

İranda keçirilən 51-ci erməni olimpiadasında Dağlıq Qarabağdan heç bir komanda iştirak etməyib.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Tehrandan aldığımız məlumata görə, bu oyunlarda Qarabağdan komanda iştirak etməyib", - diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan KİV-də Tehranda keçirilən erməni olimpiadasında Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan komandanın iştirak etməsi barədə məlumat yayılmışdı. (Report)