Qubada avtomobil qəzasında yaralananlar xəstəxanaya çatdırıldı - YENİLƏNİB

18 Sentyabr 2019 14:39 (UTC+04:00)

Qubanın Söhüb kəndindəki avtomobil qəzasında xəsarət alanlar Quba MRX-ya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə Saleh Abzər oğlu Abdullayev (1992-ci il təvəllüdlü, Sumqayıt şəhəri, Corat qəsəbə sakini) sol bazu və sağ baldır sümüklərinin sınığı, İlkin Mahir oğlu Rəsulov (1984-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini) kəllə beyin travması, hər iki budun orta üçdə birinin sınığı, sol baldırın sınığı, soporoz hal, travmatik şok diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hər iki yaralının vəziyyəti kritik kimi qiymətləndirilir.

13.55

Səhiyyə Nazirliyi Qubanın Söhüb kəndində avtomobilin dərəyə aşması zamanı yaralıların səhhətinə aydınlıq gətirib:

AzNews.az xəbər verir ki, hadisə zamanı iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib:

"İki nəfər ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına aparılır. Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər".

Bahar

AzNews.az