Cəlilabadda qadın avtomobilin altında qalaraq öldü

18 Sentyabr 2019 14:16 (UTC+04:00)

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 17-də saat 19 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində Musalı kənd sakini X.Həsənov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən kənd sakini Firuzə Əhədovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az