İki gün bundan qabaq ANCA (Amerika Erməni Milli Komitəsi) Dövlət Departamentində görüş keçirərək rəsmi Vaşinqtonu satın aldıqları iki konqresmenin - Roysla Engelin Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına yol açan təşəbbüslərini dəstəkləməyə çağırırdılar. Dünən isə həmin ANCA adından yayılan tvitdə “Human Rights Watch”a istinad edilərək Azərbaycanda demokratiyanın, söz azadlığının boğulmasından dəm vurulurdu.
Bu sözləri özünün Facebook səhifəsində millət vəkili Sahib Alıyev bildirib.
O, bütün bunların səbəbsiz olmadığını deyib:
"Çünki haylar Dağlıq Qarabağın Azərbaycadan qopardılmasına haqq qazandırmaq üçün guya burada demokratiyanın olmamasından başqa heç bir tutalqa tapa bilmirlər və bu baxımdan götürdükdə “Human Rights Watch” eyni ilə haypərəst konqresmenlərin oynadıqları rolu oynayır. Bu aydındır, amma aydınlaşdırılması gərəkən bilirsiniz nədir? Ölkəmizdə demokrtaiya və söz azadlığının "boğulması"ndan dəm vurarkən “Human Rights Watch” burada kimlərə istinad edir? İstinad olunan azərbaycanlılar görəsən “Human Rights Watch”ı qərəzli faktlarla təmin edərkən ANCA-ya, haylara, torpaqlarımızın işğal altında saxlanmasına çalışanlara işlədiklərinin fərqindədirlərmi?".
AzNews.az