İspaniyada hərbi təyyarə qəzaya uğradı - 2 ölü var

18 Sentyabr 2019 16:06 (UTC+04:00)

İspaniyanın cənub-şərqindəki Mursiya əyalətində Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.

Hadisə nəticəsində təyyarədə olan iki nəfər – təlimçi və tələbə qadın həlak olub.

Qeyd olunur ki, təyyarə Mursiya yaxınlığından dənizə düşüb.

Qəzanın səbəbləri barədə araşdırma aparılır.

AzNews.az