Bakıda taksi piyadanı vuraraq öldürdü - YENİLƏNİB

18 Sentyabr 2019 16:12 (UTC+04:00)

Bu gün metronun “Koroğlu” stansiyası yaxınlığında avtomobillə vurulan piyadanın şəxsiyyəti müəyyənləşib.

Araşdırmalar nəticəsində ölən piyadanın 1964-cü il təvəllüdlü Rzabala İmaməddin oğlu Nizaməddinov olması məlum olub.

Saat 06:33

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, təxminən 45-50 yaşlı kişi (hələlik şəxsiyyəti bilinmir) piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan sürücü 1979-cu il təvəllüdlü Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü S.Mahmudov saxlanılıb. (APA)