Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrıldı

18 Sentyabr 2019 18:24 (UTC+04:00)

Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

AzNews.az