Qəbiristanlıqda dirilən ölülər - FAKT

15 May 2013 12:58 (UTC+04:00)


Onun dəfn edilməyə bir neçə dəqiqə qalmış tabutdan qalxması mərasimə toplaşanları qorxuya salıb.

Tabutun tərpəndiyini hamıdan əvvəl ölən şəxsin müdiri görüb. Ancaq o, bu barədə dəfnə toplaşanlara xəbər verməyə macal tapmamış Zanthe birdən-birə tabutda ayağa qalxıb.

Dərhal xəstəxanaya aparılan "ölü" 2 günlük müalicənin ardınca evə buraxılıb. Bu artıq ölkədə "ölünün" dirilməsi ilə bağlı ikinci hadisədir. Bu ilin əvvəlində cinsi əlaqə zamanı öldüyü güman edilən qadın tabuta qoyularaq qəbiristanlığa aparıldığı zaman dirilmişdi.

Buna bənzər daha bir hadisə isə Braziliyada baş verib. Yeni dünyaya gələn bir qız uşağı dəfn mərasimində birdən-bir ağlayaraq ölməsi barədə həkimlərin rəyini puça çıxarıb.

Öldükdən 6 gün sonra dirilmə hadisəsi isə Çində baş verib. 95 yaşlı qadının dəfn mərasiminə gələnlər tabutu boş görəndə heyrətləniblər. Məlum olub ki, qadın dirilərək ac olduğuna görə mətbəxdə özü üçün yemək hazırlamağa gedib. 95 yaşlı qadın tabutda keçirdiyi 6 gün barədə belə danışıb: "Uzun müddət yatdım. Oyandığımda çox ac olduğumun fərqinə vardım və tabutun qapağını açıb çıxdım".

Elnarə Əlosmanqızı
AzNews.az