Şahzadə Putinə zəng etdi

18 Sentyabr 2019 18:59 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin və vəliəhd şahzadə, Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin Salman Əl-Səud telefonla krallığın neft emal edən sənaye müəssisələrinə hücumu müzakirə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri baş verənlərin diqqətlə və obyektiv araşdırılmasının vacibliyini qeyd edib.

Putin və Əl-Səud karbohidrogen bazarındakı vəziyyəti, OPEC+ razılaşmasının reallaşdırılmasını və Rusiya Prezidentinin krallığa planlaşdırılan səfərinə hazırlığı da müzakirə ediblər.

Söhbətin Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd olunur.

Bazar ertəsi, neft obyektlərinə pilotsuz uçuş aparatlarının hücumundan sonra V.Putin Ər-Riyadın Rusiya S-300 və ya S-400 sistemlərinin satın almasını təklif edib.(teleqraf.com)

AzNews.az