Yol polisini təhqir edən sürücü həbs edildi

18 Sentyabr 2019 19:12 (UTC+04:00)

Yol polisini təhqir edən taksi sürücüsü həbs edilib.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə Fəxrəddin Nəsirov barəsində 15 sutka inzibati həbs qərarı çıxarılıb.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə taksi sürücüsünün yol polisi əməkdaşını təhqir etməsini özündə əks etdirən görüntülər yayılıb.

Bu gün polis əməkdaşını təhqir edən Fəxrəddin Nəsirovun video müraciəti yayılıb.

O, video müraciətdə polis əməkdaşlarından üzr istəyib.

AzNews.az