Məmmədyarov italiyalı həmkarı ilə görüşdü

18 Sentyabr 2019 19:25 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Luigi Di Maio ilə görüşüb.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, nazirlər İtaliya və Azərbaycan arasında iqtisadi-ticari əlaqələri, habelə Azərbaycan Prezidentinin bu ölkəyə gözlənilən səfərini müzakirə ediblər.(apa.az)

AzNews.az