Şri-Lankada prezident seçkilərinin vaxtı açıqlandı

18 Sentyabr 2019 22:34 (UTC+04:00)

Şri-Lankada prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.

Seçkilər cari ilin 16 noyabrında keçiriləcək. Namizədlərin qeydiyyatı isə oktyabrın 7-dən başlayacaq. Artıq ölkənin ən iri partiyası “Şri-Lanka Xalq Cəbhəsi” Qotabayy Racapaksın namizədliyini irəli sürüb. O, keçmiş prezident və hazırkı müxalifət lideri Mahinda Racapaksın qardaşıdır.

Hakim partiya isə namizədini açıqlamayıb.(qafqazinfo.az)

AzNews.az