Ağaca çıxan qadın başına iş açdı

18 Sentyabr 2019 23:38 (UTC+04:00)

Tovuz rayonunda yerli sakin ehtiyatsızlıqdan ağır zədə alıb.

Hadisə Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) qoz yığmaq istəyən zaman ağacdan yıxılıb. O, yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya onurğa sütununun fəqərə sınığı diaqnozu qoyulub və vəziyyəti ağır olduğundan, ilkin tibbi yardım göstərilərək Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az