Türkiyədə 2 PKK terrorçusu öldürüldü

19 Sentyabr 2019 08:50 (UTC+04:00)

Türkiyədə daxili təhlükəsizlik əməliyyatı çərçivəsində iki PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, xüsusi əməliyyat Hakkari şəhərində həyata keçirilib.

Qeyd edilir ki, regionda xüsusi əməliyyat davam edir. (Trend)