Sürücü öz avtomobilinin altında can verdi
15 May 2013 13:11 (UTC+04:00)
Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb
AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istnadən xəbər verir ki, mayın 14-də Nərimanov rayonu Çəmənzəminli küçəsindəki "İnter" adlı avtoservisdə Bakı şəhər sakini Süleyman Şahmurova məxsus "BMW-X5" markalı avtomaşın qaldırıcıdan onun üstünə düşüb.
Nəticədə Şahmurov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az