Çirkli havanın daha bir zərəri məlum oldu

19 Sentyabr 2019 10:03 (UTC+04:00)

Udduğumuz çirkli hava yaşlı, gənc ayırmadan hər birimizə zərər verir. Dünyada hər 10 nəfərdən 9-u çirkli hava udur. Hər il 7 milyon nəfər çirklənmiş hava səbəbindən ölür.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər havanın çirklənməsinin çox pis bir nəticəsinin olduğunu da müəyyən ediblər.

Belçikada siqaret istifadə etməyən hamilə qadınlar arasında aparılan araşdırma nəticəsində məlum olub ki, ana bətnindəki uşaqlar da bilavasitə çirkli havanın mənfi təsirinə məruz qalırlar. Ananın nəfəs borusu vasitəsilə daxil olan çirkli hava hissəciklərinə ilk dəfə plasentalarda rast gəlinib.

Səidə Vahid

AzNews.az