ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
AzNews.az TASS-a istinadən xəbər verir ki, məlumatı Ağ Ev yayıb.
Danışıq zamanı Trampla Zelenski arasında Nyu-Yorkda BMT-nin Baş Assambleyasında baş tutacaq görüş müzakirə edilib.
"Vitse-prezident ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyib. O, qanunvericilik islahatları vasitəsilə korrupsiyaya qarşı mübarizə üzrə cəsarətli hərəkətlərinə görə prezident Zelenskiyə təşəkkür edib və bunların ABŞ tərəfindən tam dəstəkləndiyini qeyd edib", - deyə məlumatda bildirilir.
Pərvanə
AzNews.az